Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həştərxandan Azərbaycana balıq tədarükünə başlanıldı

Həştərxandan Azərbaycana balıq tədarükünə başlanıldı


Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.

Bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib.

O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, xaricdəki tərəfdaşlar arasında böyük tələbat var.

 "Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”, – Markin vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də