Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
Mirfuad Mahmudov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.
İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib.
Bununla bağlı fövqəladə nallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.