Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda həkimlər nadir əməliyyat keçirdi +VİDEO



Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və cərrahiyyədə ən bahalı əməliyyatlardan biri sayılan aorta damarının (bədənin ən böyük damarı) anevrizmasının qapalı yolla bərpası, endovaskulyar stent qreft yerləşdirilməsi uğurla icra edilib.

Bu münasibətlə keçirilən infosessiyada TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Yeni Klinikanın direktoru Barat Yusubov, uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Nicat Alışev icra edilən əməliyyatla bağlı ətraflı məlumat veriblər.

 TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov bildirib ki, cərrahi əməliyyat zamanı Nicat Alışev, uzman ürək-damar cərrahı Əlizamin Yusifli və Ağakişi Yəhyayev tərəfindən xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilib.

 Yeni Klinikanın direktoru Barat Yusubov məlumat verib ki, artıq son iki gündə dörd xəstənin əməliyyatı həyata keçirilib və hər biri uğurla başa çatıb.

 Əməliyyatlara rəhbərlik edən uzman invaziv radioloq Ağakişi Yəhyayev əməliyyat prosesini əks etdirən görüntüləri nümayiş etdirərək bildirib ki, qarın aortasının anevrizması - qarın damarlarının genişlənməsidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də