Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəkilin özünü yandırması ilə bağlı cinayət işi açıldı

Vəkilin özünü yandırması ilə bağlı cinayət işi açıldı


Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

 Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

 Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də