
Bərdə şəhərinin Nüşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, “VAZ 2107” markalı avtomobillə qarşıdan gələn “Jeep” markalı minik avtomobili toqquşub.
Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin ön şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb.
Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kəllə-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.