Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmazda uçqun evlərə təhlükə yaratdı - VİDEO

Xaçmazda uçqun evlərə təhlükə yaratdı - VİDEO


Xaçmaz rayonunda uçqun baş verib.

 Hadisə rayonun Köhnə Xaçmaz kəndində, Qudyalçayın kənarında yerləşən Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

 Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, vəziyyət gündən-günə ağırlaşır. Təhlükənin qarşısı alınmasa, evlər uça bilər.

 Hadisə baş verən əraziyə Xaçmaz Rayon İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin əməkdaşları baxış keçiriblər. Hazırda çayda məcra tənzimləmə işləri aparılır.

İdarənin baş mühəndisi Xaləddin Məlikovun sözlərinə görə, çayda suyun istiqaməti dəyişdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də