Yaponiyanın İşikava prefekturasında baş verən 30 zəlzələ nəticəsində azı 4 nəfər ölüb.
Bu barədə "Kyodo" nəşri yerli hökumətə istinadən məlumat yayıb.
Bundan əvvəl 2 nəfərin öldüyü xəbər verilib.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyada müxtəlif gücdə 30-dan çox zəlzələ baş verib. Ən güclüsü 7,6 bal gücündə olub. Yeraltı təkanların episentri İşikava və Niiqata prefekturalarında yerləşib. Ən azı 30 nəfər yaralanıb Zəlzələlər sunamilərə və yanğınlara səbəb olub. Ən azı 32,5 min ev işıqsız qalıb.