Fövqalədə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərini qanunsuz parklayan sürücülərə müraciət edib.
Müraciətdə bildirilib:
"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.