“İranın bölünməsi nəticəsində Qafqazda çox sayda qaçqın meydana çıxacaq”
LDPR-nin mərhum lideri Vladimir Jirinovski ölümündən əvvəl də 2024-cü il üçün proqnoz verə bilib. Onun növbəti iki il üçün proqnozlarını “Qorodçe” nəşri üzə çıxarıb.
Məlum olub ki, Jirinovski çıxışlarının birində ABŞ-ı gözləyən bəzi hadisələri proqnozlaşdırıb. Onun sözlərinə görə, millətlərarası münaqişələrin alovlanması nəticəsində Amerika dağılacaq. Jirinovski qeyd edib ki, bu proses SSRİ-nin mövcudluğunun sonu kimi olacaq. "2024-cü ildə Birləşmiş Ştatlarda seçkilər olmayacaq, çünki Amerikanın özü olmayacaq" deyə, nəşr onun sözlərindən sitat gətirib.
Onu da əlavə edək ki, Jirinovski ölümündən xeyli əvvəl Yaxın Şərqdə münaqişə olacağını, bu səbəbdən Ukraynanın ikinci plana ya da, unudacağını demişdi. O bildirib ki, Yaxın Şərqdəki qarşıdurma İsraillə İran arasında birbaşa toqquşmaya gətirib çıxaracaq. Və əgər bu konflikt aktiv fazada başlayarsa, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələcək.
Siyasətçinin 2025-ci illə bağlı proqnozunu isə Dövlət Dumasının vitse-spikeri Boris Çernışov öz Telegram kanalında açıqlayıb. O deyib ki, arxiv sənədləri ilə işləyərkən Jirinovskinin qeydlərinə rast gəlib. Jirinovski həmin qeyddə yazıbmış ki, “2025-ci ildə slavyan dünyasının birləşmə ili olacaq. 2040-cı ildə rus dünyası ən azı SSRİ sərhədləri daxilində birləşməsi gözlənilir”.
Qeyd edək ki, hələ 2019-cu ildə Jirinovski Ukraynanın ərazilərinin bir hissəsini itirəcəyini, bir neçə regionunun isə Rusiyanın tərkibinə daxil olacağını bəyan etmişdi. 2021-ci ilin dekabrında isə siyasətçi proqnozlaşdırmışdı ki, bir ildən az müddətdə, 2022-ci il fevralın 22-də baş verəcək hadisələrdən sonra “Rusiya yenidən nəhəng olacaq”. “2022-ci ilin sülh ili olmasını istərdim, amma həqiqəti sevirəm, 75 ildir həqiqəti deyirəm. Bu, Rusiyanın nəhayət yenidən böyük ölkəyə çevriləcəyi il olacaq”, - Jirinovski qeyd edib.