Yaponiyada əsas Honsyu adasının şimal-qərb sahilində yerləşən İşikava prefekturasında zəlzələ baş verib.
Bu barədə TV Asahi məlumat yayıb.
Zəlzələnin episentri Noto yarımadasında, ocağı isə 10 km dərinlikdə yerləşib.
İlkin olaraq yeraltı təkanların maqnitudası 7,4, sonradan 6,1 bal gücündə qiymətləndirilir. Ölkənin bütün şimal-qərb sahillərində sunami təhlükəsi elan edilib.
Səlahiyyətlilər dalğanın hündürlüyünün 5 metrə çata biləcəyi barədə xəbərdarlıq edib.