
Bakıda evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılınb.
Araşdırma aparılır.