Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yanvarın 1-də bəzi qanunlar qüvvəyə minib - SİYAHI

Yanvarın 1-də bəzi qanunlar qüvvəyə minib - SİYAHI


Bu gündən etibarən ölkədə bir sıra qanunlar qüvvəyə minir. 

Qanunlar barədə kiçik araşdırma aparıb. 

 Yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun qüvvəyə minib. Bu sənədə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq. 

 Bu gündən yaşayış minimumunun həddi də dəyişir. Belə ki, 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də