Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə

"Sərt karantinin yumşalması situasiyaya uyğun həyata keçirilməlidir. Bu, vaksinasiya və ya digər tədbirlərə bağlı deyil. Ümumi kollektiv immunitetin yaranmasına əmin olduqdan sonra karantin qaydaları daha da yumşaldıla bilər".
RegionTV.info xəbər verir ki, Bu sözləri Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, hazırda yumşalmalar əslində xeyli insanın yoluxmasına bağlıdır. Xeyli sayda şəxs yoluxub, xəstələnib, ona görə xəstə sayı azalıb:
"Vaksinasiya başlayandan sonra onun 42-ci günündə immunitet formalaşır. Əgər biz vaksinasiyaya başlayırıqsa, bir ay yarımdan sonra rejimi tamamilə yumşalda bilərik. Artıq immunitetin başlamasını nəzərə alaraq vaksinasiyanın nə qədər insanı əhatə etməsi önəmlidir. Bu səbəbdən məsələlər situasiyaya uyğun həll edilməlidir.
Ayrı-ayrı sahələrə qoyulan qadağalar da bu formada aradan götürülməlidir. Müxtəlif mağazaların, ictimai iaşə müəssisələri və s. açılması qüvvədə ola bilər. Hər-halda buna ayın 18-dən sonra baxılacaq.
Hesab edirəm ki, məktəblərin açılması mart və aprel aylarında reallaşa bilər. Böyük Britaniya və Avropa ölkələrində də bu tarixlərdə proqnozlaşdırılır.
Yoluxma sayını stabil saxlamaq üçün addımlar ancaq karantin davranışlarına əməl etmək, vaksinasiya və digər profilaktik vasitələrə düzgün və isti yanaşmaq və anti-təbliğat aparmamaqdan ibarətdir. Bütün bunları elədikcə artıq yavaş-yavaş virusun yoxa çıxmasını görə, yoluxmaların ara-sıra qeydə alınmasını müşahidə edə bilərik".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də