Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlaxda “Niva” kanala düşdü

Yevlaxda “Niva” kanala düşdü


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Belə ki, Yevlax  Bərdə yolunun  köhnə Ağcabədi yolu adlandırılan hissəsində  Kəlbəcər rayon  sakini 1975-ci il təvəllüdlü  Yusifov Rövşən Şahverdi oğlunun idarəetdiyi Niva markaıı maşın idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.

 Hadisə nəticəsində o ölüb.

 Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Rövşən Yusifovun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də