Fernando Perez Alqaba adlı kriptovalyuta fenomeni uzun müddət axtarıldıqdan sonra onun bədən hissələri çamadandan tapılıb.
Pizza istehsalından kriptovalyuta fenomenliyinə yüksələn Fernando Perez Alqabanın İnstaqramda 1 milyona yaxın izləyicisi var.
Lüks avtomobillərini və cazibədar gəzintilərini sosial media hesabında paylaşması bir müddət hər kəsin onun həyatına həsəd aparmasına səbəb olub.
Özünü dəbdəbəli avtomobillər satan və icarəyə götürən investor kimi qələmə verən Fernandoya izləyiciləri tərəfindən "Kahı" də ləqəbi verilib.
Argentinada sonuncu dəfə yayda ev kirayə götürdüyü məlum olan fenomen, kirayədə qaldığı evin müddətinin bitməsinə baxmayaraq, ev sahibinə açarları təhvil vermədiyi üçün ev sahibi polisi çağırıb və itkin düşmə barədə xəbərdarlıq edilib.