Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhlükəsiz, sürətli və rahat - Bakı aeroportunda innovativ TDAS həlli tətbiq edilib




Heydər Əliyev Beynəlxalq Aeroportunda Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (Travel Document Authorization System) həlli istifadəyə verilib ki, bu da uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və sürətləndirəcək, təhlükəsizliyi gücləndirərək hava limanında növbələri azaldacaq.

“TAV Technologies” tərəfindən hazırlanan yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bundan əlavə, bu həll rahatlıq və səmərəliliyi təmin edərək rəsmiləşdirmə zonasının ötürmə qabiliyyətini artırmağa şərait yaradır.

TDAS sərnişinlərin seçimlərindən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir.

“Biz sərnişinlərimizin maksimal komfort və təhlükəsizliyini təmin etməyə çalışırıq. Həmçinin yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq onlara kağız minik talonlarından istifadə etmək zərurətindən azad olmağa imkan verəcək. Bundan əlavə, TDAS həlli insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını da aradan qaldıracaq”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də