Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Maaş və pensiyalarla bağlı SEVİNDİRİCİ XƏBƏR - Yanvarın 1-dən... - VİDEO

2023-cü ilin bitməsinə az qalıb. Vətəndaşların bütün sahələrdə yeni ildən gözləntiləri çoxdur.

Bəs, görəsən növbəti il kimlərin maaş və pensiyaları artacaq?

Milli.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Xəzər TV-yə bildirib ki, cari ildə olduğu kimi, gələn ildə də bir sıra sahələr üzrə əməkhaqlarında artımlar nəzərdə tutulur.Millət vəkili deyib ki, gələn il dövlət sektorundakı artımlara uyğun olaraq, özəl müəssisələrdə işləyənlərin də maaşlarında dəyişiklik gözlənilir.
Qeyd edək ki, yanvarın 1-dən etibarən ehtiyac meyarı 246 manatdan 270 manata qədər artırılır. Minimum əməkhaqqı isə 345 manat olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də