Mütəxəssislər təhlükəli katarakta xəstəliyinin inkişafını ləngidən sadə üsulları açıqlayıblar.
Katarakta xəstəliyinin inkişafını yavaşlatmağa və uzun illər aydın görmə qabiliyyətini qorumağa kömək edən bir neçə sadə profilaktika üsulu var.
1. Günəşdən qorunma
Zərərli ultrabənövşəyi şüaların qarşısını alan papaq və dəbli gün eynəkləri taxın. Bu, gözlərinizi günəşin zərərindən qorumaq üçün sadə, lakin təsirli bir üsuldur.
2. C vitamini
Bolqar bibəri, sitrus meyvələri, çiyələk və brokoli kimi C vitamini ilə zəngin qidaları qida rasionunuza daxil edin. Tədqiqatlar göstərir ki, bu vitaminin təbii qidalardan alınması göz sağlamlığını qorumaq üçün onu əlavə şəklində qəbul etməkdən daha yaxşıdır.
3. Tərəvəzlər
Tərəvəz yeyin, çünki onlar katarakta inkişaf riskini azalda bilər. Yaşıl yarpaqlar, yerkökü, brokkoli həm də görmə qabiliyyətinə yaxşı gəlir.
4. Fiziki fəaliyyət
Gəzinti kimi müntəzəm orta məşq qan damarlarını və göz toxumalarını sağlam saxlamağa kömək edir. Bu, fəaliyyəti həyat tərzinizə daxil etmək üçün əlavə səbəbdir.
5. Multivitaminlər
Multivitamin qəbulu kataraktanın inkişafına qarşı əlavə qorunma təmin edə bilər.
6. Stressin idarə edilməsi
Stressin idarə olunmasının əhəmiyyətini unutmayın. Məsələn, saqqız çeynəmək stress səviyyələrini azaltmağa kömək edə bilər ki, bu da öz növbəsində qan şəkərinin səviyyəsinə nəzarət etməklə və oksidləşdirici stressi azaltmaqla göz sağlamlığına fayda verə bilər.