
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib.
Bu barədə Universitetdən xəbər verilib.
Qeyd edilib ki, Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib. O, 1988-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.