Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hollandiyada uşaqlar Fələstinə dəstək üçün Beynəlxalq Cinayət Məhkəməsinə yürüş ediblər



Hollandiyanın inzibati paytaxtı Haaqada uşaqlar və onların ailələri Fələstinə dəstək olmaq və Qəzzada törədilən cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) binasına yürüş ediblər.

Hollandiyada uşaqlar Fələstinə dəstək üçün Beynəlxalq Cinayət Məhkəməsinə yürüş ediblər

 Haaqa vağzalında toplaşan nümayişçilər, "Uşaqlar Yürüşü" adlandırdıqları tədbir boyunca tez-tez "ICC öz işini görür", "Azad Fələstinə", "Çaydan dənizə azad Fələstinə" və "İndi atəşkəs" kimi şüarlar səsləndiriblər.

 Nümayişçilər əllərində “Qətlə yetirilən 9 min fələstinli uşağa ədalət”, “Azad Fələstin”, “Uşaqları öldürməyə son”, “Soyqırımı dayandırın”, “Fələstinli uşaqları qoruyun” yazılı plakatlar və Fələstin bayraqları qaldırıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də