Jurnalist Şamo Emin həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Ş.Emin haqda 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edirdi. Bundan əvvəl kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla həbs edilib.