Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Uşaqlarını atan qadın qarnıaçıq paltarda gəlməməlidir”



Uşaqlarını ataraq TV studiyasına gələn qadınla ekspert Elmir Əkbər arasında qalmaqal yaşanıb.

Hadisə "Səni axtarıram" verilişində baş verib.

Qarnı açıq geyimdə studiyaya gələn qadın psixoloqu özündən çıxarıb:

"Kəndinizdə belə geyinirdin, Gülxanım?! Yaxşı ki, özü etiraf edir, bunu Xoşqədəm xanım, yaxud "Həci" geydirməyib. Bu geyim ədəbinə uyğundur? Yaxud kəndinizdə belə geyinirlər? Uşağını qoyub gəlmiş, bir uşağı da dünyasını dəyişmiş qadın övladının məsələsinin müzakirəsinə qarnıaçıq, transparan paltarda gəlməməlidir. Ayıb düşünürsənsə, bu geyimi niyə geyinirsən?!"

Gülxanım isə ekspertin bu fikirləri ilə razılaşmayıb və onunla söz davasına çıxıb:

"Mənim geyimimi burda müzakirə etməyin! Qohum-əqrəbam baxır, ayıbdır. Bir gün gəlib mənim başımı kəsəcəklər. Geyimimə nə olub ki?! Mənim geyimimi müzakirə etməyin! Bəsdir! Bayram bayaq mənə dedi ki, səni meymun kimi burada oynadırlar, onu düz dedi! Mən geyinmişəmsə, ekspertlər nə haqla geyimimə qarışırlar?! Sizin sözünüzlə də ayağa qalxıb özümü göstərməyəcəyəm. Bura geyim təqdim etmək yeri deyil, "Səni axtarıram" verilişidir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də