Tokiodan olan taksi sürücüsü göyərçin sürüsünü vurub və həbs edilib.
Bu barədə “Ary News” məlumat yayıb.
50 yaşlı Atsushi Ozawa taksi sürərkən qarşıda işıqforun arxasında göyərçin sürüsü görüb və quşların yolda dayanmasına qəzəblənib.
İşıq yaşıl yanan zaman taksi sürücüsü qaza basaraq saatda 60 kilometr sürətlə göyərçin sürüsünə çırpılıb və onlardan birinin üzərinə qaçıb. Mühərrikin kəskin səsi yoldan keçən bir nəfərin diqqətini çəkib. Həmin şəxs polisə müraciət edib.