Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər immuniteti gücləndirən virus aşkarlayıblar



Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir.

Bu barədə tədqiqatçıların "International Journal of Molecular Sciences" elmi nəşrində dərc edilmiş məqaləsində qeyd edilir. Bildirilir ki, bu virus siçanlarda implant edilmiş şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb və ömürlərini uzadıb.

"VSV virusunun bir çox üstünlükləri var, ona qarşı immunitet yoxdur, onun genomuna düzəliş etmək asandır və eyni zamanda o, çoxlu sayda hüceyrə növlərində sürətlə inkişaf edə bilir. Bundan əlavə, ondan immuniteti gücləndirən molekulları şişlərə ötürmək üçün istifadə edilə bilər. Bunu nümayiş etdirmək üçün biz iki oxşar maddənin, IL-12 və GM-CSF-nin istehsalını təşviq edən virus yaratmışıq", - deyə tədqiqatda deyilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də