v

Qazaxıstanın qərbindəki Karaturun cənub yatağında iyun ayında baş vermiş yanğın söndürülüb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“Manqistau vilayətində “Buzachi Oil” MMC tərəfindən işlənmiş “Karaturun Yujnı” yatağında 2023-cü il dekabrın 25-də quyuda 6 aydan çox davam edən yanğın söndürülüb”, - deyə mərkəzin açıqlamasında bildirilir.
Bildirilib ki, yanğının söndürülməsi üçün mütəxəssislər qəza quyularını qazıb, sonradan öldürücü məhlul vurulub.