Rusiyaya Azərbaycandan Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə satış məqsədilə 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının üçüncü partiyası gətirilib.
Qeyd olunub ki, 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük isə dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.