Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qətldə təqsirləndirilən hərbi ekspertə hökm oxundu

Qətldə təqsirləndirilən hərbi ekspertə hökm oxundu


30 il əvvəl Bakıda maliyyəçi Fikrət İbrahimovu yaşadığı mənzilində gülləyərək qətlə yetirməkdə təqsirləndirilən tanınmış hərbi ekspert Nazim Bayramova (Bayram) hökm oxunub.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bayrama cəza təyin edilməyib. Onun törətdiyi qətldən sonra başqa cinayət əməlləri ilə bağlı uzun müddət həbsdə saxlanması əsas gətirilərək N.Bayrama həmin cinayət üzrə cəza təyin edilməməsinə qərar verilib. N.Bayram üzərindəki polisin nəzarəti altına verilmə qərarı da ləğv edilib.

 Qeyd edək ki, F.İbrahimov həmin vaxt Nazim Bayramla iş yoldaşı olub. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də