Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bədəndə YOD Azlığının 11 VACİB ƏLAMƏTİ - BUNU EDİN!




Bu gün insanların 3-də 1-nin yod çatışmazlığından əziyyət çəkdiyini bilirdiz? Bəli, əksəriyyətimizdə olan saç tökülməsi, halsızlıq, kökəlmə kimi problemlər sizcə səbəbsizdir? Elə bəlkə mənə baxan izləyicilərimin arasında da bu problemdən əziyyət çəkənlər var. Bəs bədənimizdə yod çatızmadığını necə bilək? İndi sizə yod çatışmazlığının 11 əlamətini təqdim edəcəm. Videomuza sona kimi baxsanız, yodla zəngin qidalar barəsində də məlumat alacaqsız. 

 Yod sağlamlığımız üçün vacib mineraldır. O, Qalxanabənzər vəzinin hormonlarının sintezində mühüm rol oynayır. Bu hormonlar beynin inkişafı, boyun artması, yaraların sağalması və normal metabolizm üçün əvəzsizdir. Bədəndə yod çatışmadığında qalxanabənzər vəzinin hormon ifraz etmək qabiliyyəti məhdudlaşır və bu da hipoterioza, yəni zob xəstəliyinə səbəb olur. Bəs yod çatışmazlığının əlamətləri hansılardır? Indi biləcəksiniz.

İnsanda yod çatışmazlığının olduğunu göstərən 11 əlaməti təqdim edirik:

1. Çəkinin kəskin şəkildə artması

Yod çatışmazlığının ən əsas əlamətlərindən biri çəkinin gözlənilməz şəkildə artmasıdır. İnsanda maddələr mübadiləsi sağlam şəkildə getdikdə, həzm olunan qida enerjiyə çevrilir. Yod çatışmazlığı zamanı metabolizma ləngiyir və kalorilər piy qatına yığılmağa başlayır. Nəticədə insanın çəkisi kəskin şəkildə artır. Lakin kökəlmə təkcə yod çatışmazlığının əlaməti deyil. Çəki artımının ilk səbəbi artıq kalori qəbulu və ya sadə dillə desək, həddən artıq qidalanmadır. Ancaq çəki artımı bu faktorlarla əlaqəli olmadıqda, bunu mütləq araşdırmaq lazımdır. 

2. Halsızlıq

İnsanda yod çatışmazlığı olanda, o, özünü daima halsız hiss edir. O, əşyaları qaldırmaqda çətinlik çəkir, hərəkətləri ağırlaşır, tez yeriyə bilmir.  Bu, hipoteriozun orqanizmdə metabolizm prosesini yavaşlatması ucbatından baş verir. İnsan qəbul etdiyi qidadan daha az enerji alır. Əzələlər süstləşir, insan özünü taqətsiz hiss etməyə başlayır. Halsızlığın səbəb olduğu digər ən geniş yayılmış səbəb d vitamin çatışmazlığı da ola bilir. Araşdıran zaman ikisinə də fikir verin.

3. Yorğunluq hissi

Metabolizmin pozulması insanın daima özünü yorğun hiss etməsinə səbəb olur. Artıq çəki kimi, yorğunluq da hər zaman yod çatışmazlığı ilə əlaqədar olmur. İnsan kifayət qədər istirahət edirsə, onun bu yorğunluğu yod çatışmazlığı ilə izah oluna bilər.

4. Saçların tökülməsi

Saçların tökülməsi yododefisitin mümkün əlamətlərindən biridir. Qalxanabənzər vəzi saç follikullarının bərpası prosesinə dəstək olur. Hipotireoz baş verdikdə, hormon çatışmazlığı follikulların bərpası prosesini dayandırır. Bir müddətdən sonra saçların çox hissəsi tökülür.

5. Quru dəri

Quru, qabıq verən dəri yod çatışmazlığının əlamətlərindən sayıla bilər. Qalxanabənzər vəzinin hormonları hüceyrələrin yenilənməsinə kömək edir. Hormon ifraz olunmadıqda, bu, dəridə güclü qabıq verən qabartıların meydana gəlməsinə səbəb olur.

6. Daima üşümə

Daima üşümə metabolizm zəifləməsinin əlamətlərindəndir. İnsanın enerjisi təkcə aktiv fəaliyyətə deyil, eyni zamanda, orqanizmin normal temperaturunun təmin olunmasına kifayət etmir. Adətən, olduğunuz mühitdə mütəmadi olaraq üşüyürsünüzsə, endokrinoloqa müraciət etməyiniz tövsiyə olunur.

7. Nəbzin zəifləməsi

Yod çatışmazlığı bəzi hallarda ürək döyüntüsünü zəiflədir; bu, təkcə skelet əzələlərinin deyil, eyni zamanda, bütün orqanizmin əzələlərini ehtiva edən əzələ süstlüyündən qaynaqlana bilər. Nəbzin zəifləməsi ürək ağrılarına, baş gicəllənməyə və oksigen çatışmazlığına yol açır.

8. Yaddaşla bağlı problemlər

Qalxanabənzər vəzinin hormonları beynin inkişafı üçün vacibdir. Yodun defisiti bu hormonların çatışmazlığına yol aça bilər, bu isə öz növbəsində hafizə və yeni şeylərin öyrənilməsi ilə bağlı problemlərə səbəb olur. 2014-cü ildə aparılmış tədqiqata görə, beynin hafizə və öyrənmə bacarığına cavabdeh olan hissəsi – hippokampus qalxanabənzər vəzidə aşağı hormon səviyyəsi olan insanlarda daha kiçik ölçüdə olub.

9. Hamiləlikdə fəsadların ortaya çıxması

Hamilə qadının lazımi miqdarda yod qəbul etməsi bəzən çətinləşə bilər, belə ki, təkcə ananın deyil, eyni zamanda, bətndəki körpənin orqanizminin bu mikroelementə ehtiyacı var. Cüzi yod çatışmazlığı belə körpənin natamam beyin inkişafına yol aça bilər; yod çatışmazlığı yüksək olduqda isə dölün tələf olması ilə nəticələnər.

10. Ağrılı və qeyri-müntəzəm aybaşılar

Qalxanabənzər vəzinin aşağı hormon miqdarı menstrual dövrün tənzimlənməsinə təsir edə bilər. Yod çatışmazlığı zamanı menstruasiya daha ağrılı keçir.  

11. Zob

Güclü və xroniki yod çatışmazlığı qalxanabənzər vəzinin ölçülərinin böyüməsinə səbəb olur. Bu da zob xəstəliyi deməkdir.

Orqanizmdə yod çatışmazlığının diaqnostikasında ən effektiv vasitə sidik analizidir. Yod defisiti o halda baş verir ki, insan bu və ya digər səbəbə görə yodla zəngin olan məhsullarla lazımınca qidalanmır. Bəs Nə etməliyik? İndi bu barədə danışacam.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də