Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropa Məhkəməsi ölkəmizə qarşı qərəzlı qərarlar qəbul edir

Avropa Məhkəməsi ölkəmizə qarşı qərəzlı qərarlar qəbul edir 


"Hazırda Azərbaycan Avropa İnsan Haqları məhkəməsində 700.000 min avrodan çox təzminat ödəyib, seçki hüququ üzrə 24 iş uduzub".

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan tədbirdə bildirib.

"İşlərə baxdığımız zaman görürük ki, Avropa Məhkəməsində bu işlərin uduzulmasında əsas səbəblər sırasında texniki diqqətsizlik, sənədlərə laqeyd yanaşma olub. Sənədlər tərtib olunan zaman düşünmək lazım deyil ki, kiçik məntəqədə, ucqar ərazilərdə bu sənədləri tərtib edirik, bunu heç kim görməyəcək. 

 Avropa İnsan Haqları bəzən ölkəmizə qarşı qərəzli qərarlar qəbul edirlər. Martdan başlayaraq biz bunun səbəblərini araşdırmağa başlamışıq. Bir müddət əvvəl təəssüf ki, biz erməni ailənin bizə qarşı qaldırdığı məhkəməni uduzduq. Milli Qəhrəman Çingiz Qurbanovla bağlı iş idi".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də