Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış siyasətçidən çağırış: “Gəncləri qumar bəlasından xilas edin” – Bu çağırışa səs verəcəklərmi?..

Müxtəlif formalı qumar oyunları və idmanı əhatə edən mərclər sürətlə çoxalır, minləri-milyonları öz təsir dairəsinə salır...

Artıq xeyli müddətdir ki, Azərbaycanda qumar bazarını monopoliyada saxlayan “Topaz” və “Azərlotoreyanın” “Misli” şirkətinin əməllariylə bağlı müdhiş araşdırmalarımızı davam etdiririk.

Bu araşdırmalarımız xeyli acınacaqlı və dəhşətli faktları üzə çıxarır. Məlum olur ki, həm “Topaz”ın, həm də “Misli”nin fəaliyyətində yetərincə qanun pozuntuları var. “Topaz” məntəqələri qanunvericiliyin tələblərinə zidd olaraq, təhsil müəssisələrinin ətrafında yerləşir. Bu da sözsüz ki, şagird və tələbələri hədəfə alır. Məlum məsələdir ki, tələbələr cəmiyyətin maddi cəhətdən kasıb tələbəsi sayılır. Şagirdlər isə hələ yetkinlik yaşına çatmadıqlarından kənardan gələn təsirlərə çox tez məğlub olurlar. Onlar qəfildən və asan yolla varlanmaq həvəsinə düşüb, mərc şirkətlərinin qumar məntəqələrinə, lotoreya masalarına üz tuta bilərlər.

Qumara daha çox kasıb təbəqənin üz tutduğu heç kimə sirr deyil. Kasıb əhali “kasıblığın daşı”nı atmaq üçün çıxış yolunu qumar oynamaqda, “Poz-qazan” tipli ani lotoreyalara, eləcə də idman mərclərinə meyl etməkdə görürlər. Onları buna vadar edən “Azərlotoreya”nın və “Misli”nin aldadıcı reklamları olur.

Araşdırmalarımız zamanı üzə çıxarmışdıq ki, “Misli”nin fəaliyyəti zamanı Azərbaycan Respublikasının Reklam Haqqında Qanununun tələbləri dəfələrlə, özü də kobudcasına pozulur. “Misli” insanları şirnikləşdirmək, onların cibindəki pulları almaq üçün müxtəlif cəlbedici, həqiqətə heç də uyğun olmayan reklamlara əl atır, azyaşlıların da izlədiyi müxtəlif televiziya proqramlarını, futbol qarşılaşmalarını öz təbliğat maşınına çevirir.

Təəssüf ki, günü-gündən qumar oyunlarının əhatəsi genişlənir, bu oyunlar daha çox insanı öz ağuşuna alıb, bir andaca müflis edir. Daha çox təəssüfləndirici digər məqam odur ki, tanınmış ekspertlər, ictimai-siyasi şəxslər, qanunun aliliyinin keşiyində durmalı olan nəzarətçi qurumlar buna göz yumurlar. İnsanları maarifləndirmək, onları bu yoldan çəkindirmək heç də hər kəsin marağında deyil.

Oxşar vəziyyət qardaş Türkiyədə də yaşandığından cəmiyyətin tanınmış şəxsləri buna etiraz səslərini ucaltmağa başlayıblar. Türkiyənin xeyli reytinqli siyasətçilərindən sayılan, prezidentliyə sabiq namizəd və Memleket Partiyasının başqanı Muarrem İnce özünün rəsmi “feysbuk” səhifəsindən “həyacan təbili” çalmaqdan çəkinməyib. Sitat: “İnternet üzərindən oynanılan qumar oyunları gəncləri əsir aldı. Problem getdikcə böyüyür. Səlahiyyət sahiblərini xəbərdar edirəm, bir an gecikmədən tədbir görün!”.

Ümid edək ki, İncənin bu incə və vacib çağırışı Azərbaycanda da əks-səda verəcək, cəmiyyətin tanınmış şəxsləri “Milsi” və “Topaz”ın hegemonluğuna, “qumar imperiyası”na qarşı çağırışlar edəcəklər. Gənclərimizi qumar adlı bəladan xilas etmək üçün başqa yolumuz yoxdur.

Mənbə: Poliqon.info
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də