İngiltərə Premyer Liqasının XVIII turu çərçivəsində "Liverpul" "Arsenal"la heç-heçə edib - 1:1
Futbolpress.az xəbər verir ki, "Liverpul"un futbolçusu Məhəmməd Salah bu matçda fərqlənərək unikal göstəriciyə nail olub.
Belə ki, o, Salah Premyer Liqa tarixində “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal”a qarşı ən azı 10 qol vuran ilk futbolçudur.
Salah bu mövsüm meydana çıxdığı 25 matçda 16 dəfə fərqlənib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbəri paylaş