Fərdi qaydada öz namizədliyimi irəli sürmək istəyirəm.
Bunu açıqlamasında fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri olmuş Qulamhüseyn Əlibəyli bildirib.
“Növbədənkənar seçkilərin keçirilməsinin bir çox səbəbləri ola bilər. Bu, Azərbaycana qarşı təhlükələrlə, prezidentin yüksək reytinqə sahib olması ilə bağlı ola bilər. Seçkilərin erkən keçirilməsinə qərar vermək dövlət başçısının konstitusyon hüquqdur. Onu mübahisələndirmək üçün heç bir səbəb yoxdur. Yəni prezidentə seçkiləri erkən keçirmək üçün qərar vermə səlahiyyətini konstitusiya verir. Seçkilərin niyə növbədənkənar olduğunu ən yaxşı prezident bilər. Hər halda bu seçkilər olacaq. Mən də fərdi qaydada öz namizədliyim irəli sürmək istəyirəm. Artıq mənim sənədlərim Mərkəzi Seçki Kommisyasındadır. Sonrakı məsələləri də müəyyənləşdirərəm”,-o, deyib.
Qeyd edək ki, Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı olub. Qanuna görə 1995-ci ildən bu yana parlamentə seçilmiş şəxslərin, mövcud deputat maaşının 80 faizi həcmində təqaüd almaq hüququ var. Qulamhüseyn Əlibəyli bu il təqaüd yaşına girib.
Bir müddət əvvəl saytımıza açıqlamasında sənədlərini verəcəyini demişdi
Bəs məsələ nə yerdə qaldı?
Q.Əlibəyli suala cavabında deyib:“Problem yoxdur. Təqaüd məsələsi həll olundu. Hazırda deputat maaşının 80 faizi həcmində təqaüd alıram”.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyi qeydə alınıb. Sabiq maliyyə naziri Fikrət Yusifov da namizədliyini irəli sürəcəyini açıqlayıb.