Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdan İrəvan və Moskvaya şərt: “Bu sənəd o vaxt imzalanacaq ki...”

“Azərbaycan tərəfinin gələcək anlaşmalar üçün əsas şərtlərindən biri budur ki, Dağlıq Qarabağdakı erməni silahlı birləşmələr ən qısa müddətdə tərksilah edilməlidir”.
RegionTV.info xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert dünən Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında keçirilmiş görüşə münasibət bildirib:
“Bölgənin dayanıqlı təhlükəsizliyinin əldə olunması üçün faydalı olan regional nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində faydalı müzakirələr və realizasiyasının vaxtı ilə bağlı ilkin razılaşmalar formalaşıb.
Bu istiqamətdə Azərbaycanın şərtləri belədir:
- Xankəndi də daxil olmaqla Dağlıq Qarabağın bütün ərazisinə və Laçının Ermənistan tərəfindən girişinə nəzarət əldə etmək;
- Dağlıq Qarabağdakı erməni hərbçilərin qısa müddətdə tamamilə tərksilah edilməsi;
- Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı qəsd və işğal altında olan ərazilərində təbii resurslarının qanunsuz istismarı və biznes əlaqələrinə görə Araik Arutyunyan, habelə Azərbaycan ərazisində terror fəaliyyətinə və əhalisinə qarşı etnik təmizləmə, soyqırımında iştirak etmiş Balasanyan və bir neçə şəxsin Azərbaycana təhvil verilməsi”.
Yeganə Hacıyeva hesab edir ki, gələcək anlaşmaları üçün Azərbaycanın bu şərtlərinin yerinə yetirilməsi vacibdir: “Ancaq bundan sonra Azərbaycan Dağlıq Qarabağdakı sülhməramlıların mandatı haqda sənədi imzalaya bilər. İndiyədək də, Azərbaycan Ermənistandan fərqli olaraq bu sənədi imzalamayıb”. 
 "teleqraf"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də