Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirdə çaydan qarışıq suxurlar daşıyanlar CƏRİMƏLƏNDİ




Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkarlanıb.

 Bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, fakt Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində üzə çıxıb.

 Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də