Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin ərazisində aparılan qazıntılar zamanı məzarların birində bambuk lövhə üzərinə həkk olunmuş ən qədim vurma cədvəli tapılıb.
Eramızdan əvvəl IV əsrə aid vurma cədvəli Hunan əyalətində (Mərkəzi Çin) aşkar edilən digər oxşar fraqmentdən təxminən bir əsr qədimdir.
Qəbirdə, həmçinin 30 mindən çox heroqlifdən ibarət və riyaziyyat, ədəbiyyat, heyvandarlıq, tibb və əczaçılıq da daxil olmaqla müxtəlif sahələri əhatə edən mətnlərin həkk olunduğu minlərlə bambuk lövhə də aşkarlanıb.