Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xocavənddə beton maşını aşdı - Ölən və xəsarət alan var

Xocavənddə beton maşını aşdı - Ölən və xəsarət alan var


Xocavənd rayonu ərazisində yol qəzası olub.

 Hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton vuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin - 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də