Pakistan Ali Məhkəməsi “Dövlət sirləri haqqında” Qanunu pozmaq ittihamı ilə həbs olunan sabiq baş nazir İmran Xanı və sabiq xarici işlər naziri Şah Mahmud Qureşini girov müqabilində azadlığa buraxıb.
Barələrindəki ittihamlar sübut olunacağı təqdirdə İmran Xan və Şah Mahmud Qureşini 14 ilədək həbs və ya ölüm cəzası gözləyir.
Müttəhimlər bunu siyasi sifariş hesab edirlər.
Qeyd edək ki, İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayıb.