Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“New-York Times”ın fotoqrafı Bərdə terrorundan danışdı

“New-York Times”ın fotoqrafı Bərdə terrorundan danışdı


“New-York Times”ın fotoqrafı Ayvor Prikett 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda dinc sakinlərə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun nəşinin və onun bacısının fotosunu üç il sonra instaqram səhifəsində paylaşıb.

 Ayvor həmin gün Bərdədə baş verənləri dəhşətli hadisə kimi xatırladığını bildirib.

 Onun sözlərinə görə, foto nümayiş olunandan sonra təhdid və təhqirlərlə üzləşib. Hətta “The New York Times”da adını ləkələməyə də cəhd edilib:

 “Əslində, bəxtimiz gətirdi ki, həmkarım Karlotta Qall, mən və komandamız Bərdədəki həmin hücumdan sağ-salamat çıxdıq. Demək olar ki, kaset bombası hücumunun mərkəzində idik. 2-ci slaydda cəsarətli tərcüməçim Rövlanın partlayışlarla əhatə olunmuş divarın arxasında gizləndiyimiz zaman çəkdiyi videodan qısa bir hissədir.Yəqin ki, bu, mənim həyatımın ən qorxulu anlarından biri idi, çünki bizim heç bir mühafizəmiz yox idi. Mən dindar deyiləm, amma o gün naməlum bir tanrıya dua etdiyimi dəqiq xatırlayıram.

Bomba dolu yağışından birtəhər sağ çıxdıq və dərhal olanları sənədləşdirməyə başladıq. Axı bu, həftələr sonra başa çatan 2020-ci il müharibəsinin ən ölümcül mülki itkisi idi”.

 Xatırladaq ki, Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutması nəticəsində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də