Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra başçısının gizli kamera qorxusu - MÜSTƏQİM MƏMMƏDOV İŞ OTAĞINDAKI QARA MEBELLƏRİ SÖKDÜRÜB


Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun  iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.

Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu həbsdən sonra  Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də yaymışdı.

Bu səbəbdən icra başçısı iş otağındakı böyük rəflərdən və stendlərdən yığılmış qara rəngli  mebel dəstini dəyişib.

Belə ki, iş masasının arxasında olan rəf tamamilə götürülüb.

Onun yerinə kiçik ölçülü ağ rəngli stend qoyulub ki, onun da üzərində gizli kamera quraşdırılması mümkünsüzdür.

Qeyd edək ki, son illər həbs edilən icra başçılarının rüşvət almasına dair görüntülər onların iş otağında əməliyyat təbdirləri nəticəsində çəkilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də