"Biz bu yaxınlarda universitetdə çəkiliş edirdik. Hansı universitetdir, adını hallandırmayacam. Mən məəttəl qaldım, cavan qızlar "çırıl-çılpaq" dərsə gəlirdi".
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri "Elgizlə izlə" veirlişində aparıcı Elgiz Əkbər deyib. O, bəzi tələbə qızların geyim tərzlərini tənqid edib: "Hətta biri lap irəli getmişdi, əlində nəsə var idi, nümayiş etdirirdi. Bu qız evdən çıxanda atası demirsə, universitetə gedirsən, hələlik mənim evimdəsən belə getmə. Ərə gedərsən, icazə versə, onun yanında geyinərsən. Burada dediklərimiz tövsiyə xarakterlidir. Geyim insanın öz seçimidir. Özləri bilərlər. Bir ara bu söhbətlər televizyada müzkairə olunurdu. Ondan sonra bir qrup gənc şəhərin mərkəzində qadınlara hücum etdilər. Bu, lap cinayətdir. Heç kimin ağlından keçirilməsin. Hər kəs özünə, öz ailəsinə cavabdehdir".