Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakəndə içməli su təchizatı yenidən qurulur - FOTOLAR

Balakəndə içməli su təchizatı yenidən qurulur - FOTOLAR


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Balakən şəhərinin içməli su təchizatı infrastrukturu yenidən qurulur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dövlət investisiyası hesabına həyata keçirilən layihənin ilkin mərhələsi çərçivəsində işlər yekunlaşmaq üzrədir. 

 Layihənin birinci mərhələsi su mənbələrinin yaradılması, anbarların və magistral su kəmərlərinin tikintisini əhatə edir. Layihənin icrasına başlanandan ötən müddət ərzində 10 subartezian quyusu qazılaraq istismara hazır vəziyyətə gətirilib. Su anbarları ərazisində hər birinin tutumu 2000 kubmetr olan 2 yeni su anbarının inşası yekunlaşıb,  eyni zamanda hər birinin həcmi 500 kubmetr olan 2 mövcud su anbarı yenidən qurulub. Layihə çərçivəsində anbarlararası xətlərin tikintisi və elektrik təchizatı sistemlərinin yaradılması işləri həyata keçirilib. 

 Balakən şəhərinin içməli suya olan tələbatını tam ödəmək məqsədilə  Siltikçay mənbəyində də işlər görülüb. Şəhərin alternativ mənbəyi kimi Siltikçayın məcrasında yeni suqəbuledici qurğu inşa edilib. Su mənbələrindən Balakən şəhərinə 7,6 km uzunluğunda magistral su kəməri çəkilib.

 Layihənin növbəti mərhələlərində Balakən şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulacaq. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması layihələndirilib. Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğunun inşası da nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də