Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fevral zəlzələsi Türkiyəyə 110 milyard dollar ziyan vurub

Fevral zəlzələsi Türkiyəyə 110 milyard dollar ziyan vurub


2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlər nəticəsində Türkiyəyə dəyən ümumi zərər 110 milyard dollar təşkil edib.

Bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

"Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar həcmində qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır", - nazir parlamentdə müzakirələr zamanı deyib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar geniş ərazidə və qonşu ölkələrdə hiss olunub. Türkiyə rəsmiləri daha əvvəl zəlzələlərin vurduğu ziyanın 100 milyard dolları keçdiyini bildirmişdi. Bu zəlzələlər nəticəsində təxminən 50 min nəfər həlak olub.

Fevral zəlzələləri respublikanı zəlzələyə davamlı yaşayış evlərinin tikintisinə diqqət yetirərək şəhərsalma siyasətinə yenidən baxmağa sövq etdi. Belə planlardan biri seysmoloqların 7 və ya daha yüksək bal gücündə zəlzələ olacağını proqnozlaşdırdığı İstanbula aiddir.

"Biz İstanbulu mümkün zəlzələyə hazırlamaq üçün yol xəritəsi cızmışıq. Yol xəritəsi beş il ərzində 1,5 milyon binanın təmirini nəzərdə tutur", - nazir deyib. Onun sözlərinə görə, ilkin mərhələdə 300 minə yaxın evin tikintisi nəzərdə tutulan ərazilər artıq seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də