Rusiya prezidenti Vladimir Putin ukraynalıları qardaş xalq, Ukraynanın cənub-şərqini isə rus xalqının yaşadığı ərazi hesab etdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
Putinin sözlərinə görə, Qərb SSRİ-nin dağılmasından sonra Rusiyada beşinci kolonla işləməyə başlayıb.
O qeyd edib ki, hələ SSRİ-nin dağılmasından əvvəl də düşmən Ukraynada Rusiyanın süqutunu həmişə xüsusi vurğulayırdı - bunun üçün yaxşı baza var idi.