Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada alkoqol istehlakı azaldılacaq

Rusiyada alkoqol istehlakı azaldılacaq


Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Sənəddə deyilir ki, adambaşına istehlak edilən etanolun həcmi 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir.

 Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sənəddə alkoqolun zərərli təsirlərinin ilkin mərhələdə müəyyən edilməsi üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aksiz vergilərindən yayınmağa imkan verən spirtli içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə mübarizə də nəzərdə tutulur.

 Hakimiyyət orqanları dərman, ətriyyat, kosmetika və digər spirt tərkibli mayelərin alkoqol kimi istifadəsi təcrübəsini izləmək və qarşısını almaq, habelə görülən tədbirlərin effektivliyini artırmaq üçün sosialyönümlü qeyri-kommersiya təşkilatlarını cəlb etmək niyyətindədir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də