Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid qızı Baş həkimi belə ifşa etdi:”Ananız ölərsə sizə…”

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi koronavirusdan yenicə sağalmış Şəhid ailəsini işə çıxmasına məcbur edib.
Kanal32.az Şəhid qızı Nərminə Cəfərovanın Mingəçevir Mərkəzi Xəstəxanasında üzləşdiyi qeyri-insani hərkətlərlə bağlı yazısını təqdim edir:
İnsan həyatının sona çatması göz ilə qaş arasındadır deyirdilər. Bir gün mən də ölümlə üzbə-üz dayanacağımı düşünməmişdim. Sən demə belə bir an hər kəs üçün var. Məhz buna görə elə yaşamaq lazımdır ki, ölüm yaxınlaşanda ancaq yaxşı əməllərini xatırlayasan. Geri baxarkən mən də bu vətən üçün, millətim üçün nə isə etmişəm deyə biləsən. Əlbəttə, ona zamanımız olarsa. Bir ay yarım bundan öncə anam Cəfərova Şərafət Rauf qızı və mən Cəfərova Nərminə Şaban qızı koronavirus xəstəliyinə tutulduq. Mingəçevir Şəhər Mərkəzi Xəstəxananın baş həkimi Eldar Kərimovdan anamı Bakıya xəstəxanaya aparmağım üçün göndəriş vərəqəsinin verilməsini xahiş etdim.
Bildirdim ki, şəhid ailəsi olduğumuz üçün müəyyən əlaqədar təşkilatlara müraciət etdik. Sağ olsunlar səsimizə səs verdilər. Bakıdan Təcili Tibbi Yardım maşını gəldi və xəstəxanaya yerləşdirdilər.
Atamı 2 yaşım olanda itirmişəm. Atasız böyümüşəm, anam mənə həm ata olub, həm də ana. Onu itirməyi gözə ala bilməzdim. Anam ağır qan-damar və yüksək deabetli şəkər xəstəliklərindən əziyyət çəkir.Rayon xəstəxanasında müalicə etdirməyə çox qorxdum. Bəlkə də bu atasızlığın mənə vurduğu travmadan qaynaqlanırdı.Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov mənə bildirdi ki, mən göndərişi paytaxt xəstəxanalarına  verə bilmərəm. Səbəbini soruşanda isə dedi ki,ya Goranboya, ya da Ağdaşa göndərə bilərəm.Bu soyuqqanlı insanın diqqətinə çatdırdım ki, anam ağır xəstədir, o, ölsə mənə cavab verə biləcəksiniz?
Baş həkim özündənrazı şəkildə cavab verdi:
– “Hə, ananız ölərsə sizə cavab verəcəyəm.
Sonra anladı ki, bu kimi cavab düzgün deyil. Təkrar fikrini dəyişərək:
– Sizə niyə cavab verirəm ki, lazım olan yerə cavabımı verəcəyəm.
Ən azından öz həmşəhərlisinə bir həkimdən belə bir cavab almaq məni çox sarsıltmışdı.Əslində çox insanlardan onun kobudluğu haqqında eşitmişdim.Məndə həm də Eldar həkimin qazilərə , şəhid ailələrinə hörmət etmədiyi haqqda məlumatlar var idi. İnanmamışdım.Amma qarşılaşdığım durum deyilənlərin hamısının həqiqət olduğuna bir daha sübut etdi.
Həm qəzəblənmişdim, həm də kövrəlmişdim. Özüm də qızdırmadan yanırdım. Ancaq bütün bu çarpışmam anam üçün idi. O an yalnız bir şey düşünürdüm, nə edim ki, anam yaşasın. Bəlkə də mən o an aqresiv idim. O isə rəhbər vəzifə tutan həkimdir.Xəstəyə və onun yaxınlarına anlayışla yanaşma onun həm insanlıq, həm də vəzifə borcudur. Bəşəriyyəti cənginə almış pandemiyanın zərbəsi sağlamlığımızın keşiyində dayanan həkimlərimizdən də yan keçmədi. Öz peşəsini vicdanla yerinə yetirən onlarla peşəkar həkim və tibb işçiləri pasiyentlərini müalicə edən zaman  xəstəliyə yoluxaraq qurbana çevrildirlər.Bir sözlə,bu haqsız dünyadan haqq dünyasına köçdülər.Amma təssüf hissi ilə qeyd edirəm ki, bu şərəfli peşəyə kölgə salan Eldar və eldarkimilər də var. “Mənim anam Şəhid yoldaşı, mən isə şəhid övladıyam”,- dedim. Sanki baş həkim Eldar Kərimov bu sözləri eşitmirdi…Bəli, eşitmirdi…

Hər zaman haqqı haykıran səsim necə deməsin ki, bu dövlətin başçısı, onun xanımı ŞƏHİDLƏRƏ və QAZİLƏRƏ qoyduğu dəyəri, hörməti sizə nümunə olmalıdır.

Ay həkimlər,ay məmurlar, ay vəzifə sahibi olan səlahiyyəti şəxslər!

Nə üçün şəhid ailəsinə biganə yanaşırsınız…? Axı bu gün əyləşdiyiniz kreslolara,çəkdiyiniz keflərə, sürdüyünüz rahat həyata və dədə-babanızın görmədyi, mindiyiniz kamfort avtomobillərə görə mənim atama və atam kimi minlərlə ŞƏHİDLƏRƏ, ata qayğısı,ata nəvazişi  görməyən minlərlə ŞƏHİD övladlarına borclusunuz. Axı biz qəlbisınıq ŞƏHİD ailələri sizdən şəxsi malınızı istəmirik, dövlətimizin yaratdığı şəraitdən haqqına yaralanmaq istəyirik(!?). Sizlər isə yalnız özünüzə və sizi himayə edən  xidmət edirsiniz!
Koronavirusla mübarizə çərçivəsində biz çox həkimlərimiz canlarını fəda etdi. Amma Eldar Kərimov kimi həkimlər bizim səhiyyəmizə yalnız utanc gətirir. Onun vəzifə eşqi ilə yanan özündənrazılığından, biganəliyindən,səhlənkarlığından çox mingəçevirli əziyyət çəkib.Bu gedişatla hələ biz çox itkilər verəcəyik.
Nəhayət, biz Goranboy rayon xəstəxanasında 11 gün qaldıqdan sonra evdə müalicəyə davam etdik Bütün müalicələrimizi öz hesabımıza elətdirdik. Müalicə bitdikdən sonra anamı yenidən kate və rentgen elətdirdim ağ ciyərlərində buzlu camın hələdə davam etdiyi bəlli oldu. Kate və rentgen sənədlərini sahə həkiminə təqdim edərək blütenin uzanmasını tələb etdim. Təkrar anama yenidən müalicə başladı. Eldar Kərimov anamın blüteninin artırılmasına icazə verməyərək koronaviruslu xəstənin işə çıxmasını tələb etdi. Onuda qeyd edim ki, anam təcili tibbi yardımda çalışır və korpnavirusada iş başında yoluxub.

PS. Mən valideynimin birini bu dövlətə, Eldar Kərimov kimi qansız ermənipərəstlərə qurban vermişəm ikincisini qurban vermək fikrim yoxdu. Anam təcili yardımda xəstə olarkən işləməsi koronovirus olduğu halda iş yoldaşlarını müraciət edən xəstələri yoluxdurur. Buna isə məcburdur. Çünkü Eldar Kərimov xəstələrin azalmasını deyil çoxalmasını istəyir. Bu belə deyilsə nə üçün xəstənin işdə olmasını tələb edir?
Cənab prezident karonavirus pandemiyasının qarşısının alınması üçün milyonların ayrılmasını, sərt qarantin rejiminin təmin olunması, insanların sağlamlığını qorumaq üçün imzaladığı sərəncamları heçə sayan baş həkimlə inanıram ki, Səhiyyə nazirliyi və Təbib maraqlanacaqdır. Əks halda sizlər mənim səsimə səs verməsənizdə, şəhid övladına qayğısını əsirgəməyən prezidentim mənim səsimi eşidəcəyinə əminəm.
Onu da qeyd edim ki, atam Şaban Cəfərov Mingəçevir şəhərinin ilk şəhididir.

Nərminə Cəfərova,
Şəhid qızı

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də