Ukraynanın Zakarpatiya oblastında kənd nümayəndəliyinin iclasında yerli deputatlardan biri partlayış törədib.
Bu barədə "Strana" nəşri məlumat yayıb.
Son məlumatlara görə, hadisə zamanı 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır. Qeyd olunub ki, partlayış törədən deputat sağdır.
“Klymenko Time” qəzetinin məlumatına görə, qumbaraları “Xalqın qulluqçusu” partiyasından olan deputat Sergey Batrin partladıb.
Hadisənin videosu da yayılıb: