
“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.
Bunu açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.
O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:
“Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır".