Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anar Bağırov: "Azərbaycanda son illərdə vəkillərin sayı üç dəfə artıb"



"Azərbaycanda son illər ərzində vəkillərin sayı üç dəfə artıb".

Bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov qurumun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində keçirilən intellektual müsabiqədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə 2400 vəkil var: "Namizədlərlə birlikdə 3000 nəfərə yaxın şəxsdən söhbət gedir. Bizim peşəmiz elədir ki, namizədlərlə bağlı problemimiz yoxdur. 300-ə yaxın namizəd növbəti test mərhələsini gözləyirlər. Gələn ilin mart ayında imtahanı təşkil edəcəyik".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də