Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir - RƏY




Unutmayaq ki, 2018-ci ildə Prezident İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə çatdı. İşğala son qoydu, separatçı yuvanı yerlə bir etdi.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, indi yeni çağırışlar var: “7 fevralda keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının iradəsinə söykənir. Əminəm ki, Azərbaycan xalqı bir daha dövlət başçısına səs verəcək və ona Azərbaycanı daha ciddi uğurlara aparmaq üçün şərait yaradacaq. Eyni zamanda bu sərəncama qarşı çıxanlara deyirəm ki, meydan açıqdır, buyurun. Özünüzə güvənirsinizsə, bu seçkilərdə iştirak edin. Ana Vətən Partiyası ənənələrinə sadiq qalaraq, Bu seçkilərdə də İlham Əliyevin namizədliyini dəstəkləyəcək”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür: “Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsil ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb. 7 fevral “Böyük Qayıdış”ın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikLərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də