Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, Kiyev Amerika şirkətləri ilə 155 mm-lik sursatın birgə istehsalına dair razılığa gəlib.
Onun sözlərinə görə, layihənin tam həyata keçirilməsi üçün 2-3 il vaxt lazımdır.
Ukrayna və ABŞ Müdafiə nazirlikləri “ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsini” nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar.
“Bizim iki aparıcı Amerika şirkəti ilə Ukraynada 155 millimetrlik döyüş sursatının birgə istehsalı ilə bağlı müqavilələrimiz var, lakin bu layihələrin həyata keçirilməsi illər çəkəcək... Bizə tərəfdaşlarımızın malik olduğu texnologiyalar lazımdır, Ukraynada isə yoxdur”, - Kamışin bildirib.